ALLAH RİZASINI GÜDMƏK MÖMİNİN HƏR İŞİNİ XEYRƏ YÖNƏLDƏR

İnsan Rəbbimizə qulluq etmək üçün yaradılmışdır və həyatı boyunca etdiyi hər hərəkətdən axirətdə hesab verəcək. Allah insanları Quranda bildirilən əxlaqa uyğun yaşadıqları təqdirdə, dünyada və axirətdə xoşbəxt olacaqları şəkildə yaratmışdır. Bunun əksini yaşayaraq bir insanın xoşbəxt olması mümkün deyil. Bir ayədə belə buyrulur: 

"Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara-xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir." (Rum surəsi, 30) 

Şeytan isə insanları Allahın yolundan azdırmaq üçün var gücü ilə çalışır. Bunun üçün şeytanın Allaha verdiyi and ayələrdə belə bildirilir: 

"İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam." (Əraf surəsi, 16)

Hər insan həyatı boyunca bu iki yoldan hansına uyacağı ilə sınanacaq. Vicdanına uyub Allahın razılığını qazanmağa çalışanlar Allahın iznilə, cənnətə qovuşacaq, şeytana və öz nəfsinə uyanlar isə cəhənnəmdə ağrılı bir əzabla qarşılıq görəcəklər. Müsəlmanlar bütün varlığını, malını, canını, həyatını və ölümünü, qısacası, hər şeyini Allahın razılığını qazanmaq üçün istifadə etməyə həsr etmişdir. 

"De: "Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür."
(Ənam surəsi, 162) 

Müsəlman yalnız Allahın rizasını axtarır və yalnız Ondan kömək istəyir. Uca Rəbbimizdən başqa heç kimi razi salmağa ehtiyacı yoxdur. Allahdan başqa heç kimdən mədət ummur. Allahın razılığını qazana bilmək və axirətdə sonsuz qurtuluşa çata bilmək üçün "ciddi səylə" çalışır. Bu səmimi səyinə və Allahın razılığını ümid edərək yaşadığı gözəl əxlaqa görə Allah mömin qullarını dünyada və axirətdə qurtuluşa çatdıracağını bildirmişdir. Quranda Allahın möminlər üzərindəki bu rəhməti belə xəbər verilir: 

"Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. " (Bəqərə surəsi, 112) 

Peyğəmbərimiz (s.ə.v) isə möminin yaşadığı bu əxlaqa görə dünyada hər işinin xeyirlə nəticələndiyini bildirərək iman gətirənləri belə müjdələyir:
 
Möminin başqa heç kimdə olmayan qeyri-adi bir halı var. Onun hər işi xeyrdir. Əgər genişliyə (nemətə) qovuşsa şükr edər və bu onun üçün xeyir olar. Əgər bir darlığa (müsibətə) düşərsə, səbr edər və bu da onun üçün bir xeyir olar.
(Müslim, Zühd, 64; Darım", Rikak, 61)