ALLAH’DAN BAŞQA İLAHLAR QƏBUL EDƏNLƏRİN ƏBƏDİ YURDU: CƏHƏNNƏM

Uca Allah’ın razılığından uzaq həyat yaşayan insanlar dünyada çətin və sıxıntılı bir həyat keçirdikləri kimi, axirətdə də sonsuza qədər davam edən şiddətli əzabın içində olacaqlar. Bir ayədə bu həqiqət belə xəbər verilir:

Məgər Allah’ın razılığını qazanmaq üçün gedən kimsə, Allah’ın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir! (Ali İmran surəsi, 162)

Həyatını Allah’ın rizasına uyğun yaşamayan bu insanlar öz istəkləri ilə dünyada xoşbəxtlikdən uzaq bir həyatı, axirətdə də cəhənnəm kimi qızğın atəşin, tərifi mümkün olmayan mənəvi əzabın olduğu sığınma yerində yaşamağı qəbul edirlər. “Tövbə” surəsində bu həqiqətin xəbər verildiyi bir ayədə belə bildirilir:

"Binasının təməlini, Allah qorxusu və rizası üzərinə quran kimsəmi xeyirlidir, yoxsa binasının təməlini köçəcək bir yarın kənarına qurub onunla birlikdə özü də cəhənnəm atəşi içinə gedən kimsəmi?..." (Tövbə surəsi, 109)


Məgər Allah’ın razılığını qazanmaq üçün gedən kimsə, Allah’ın qəzəbinə gələn və sığınacaq yeri Cəhənnəm olan bir kimsə ilə bərabər tutula bilərmi? Ora nə pis qayıdış yeridir! (Ali İmran surəsi, 162)

Əbədi bir əzab yeridir. (Tövbə surəsi, 63, 68; Maidə surəsi, 80; Ən'am surəsi, 128; Hud surəsi, 107; Nəhl Surəsi, 29; Ənbiya surəsi, 99; Nisa surəsi, 14, 151)

Atəşi çox şiddətlidir. (Məaric surəsi, 15-16; Ali-İmran surəsi, 181; Əhzab surəsi, 64; Həcc surəsi, 72; Nur surəsi, 57; Furqan surəsi, 11)

Qorxunc bir uğultusu vardır. (Furqan surəsi, 12; Mülk surəsi, 7-8)

Allah’ın yaratdığı ən pis sığınma yeridir. (Ali-İmran surəsi, 162; Nisa surəsi, 115)

Əzab fasiləsizdir və əsla yüngülləşdirilməz. (Muminun surəsi, 46-47; Maidə surəsi, 37; Yunus surəsi, 52; Bəyyinə surəsi, 6; Həcc surəsi, 22; Ali İmran surəsi, 88; Fatir surəsi, 36)

Ölməklə xilas olmaq imkanı da yoxdur. (İbrahim surəsi, 17)

Kömək edə biləcək heç bir kimsə yoxdur. (Ali-İmran surəsi, 91)

Qaçış və qurtuluş yolu yoxdur. (Maidə surəsi, 37; Kəhf surəsi, 53; Bələd surəsi, 19-20)

Başındakı gözətçilər mələklərdəndir. (Muminun surəsi, 49-50; Zuxruf surəsi, 77; Müddəssir surəsi, 26-31)

Yanacağı insanlar və daşlardır. (Bəqərə surəsi, 24; Təhrim Surəsi, 6; Ali-İmran surəsi, 10; Ənbiya surəsi, 98; Hud surəsi, 119; Səcdə surəsi, 13)

Odla damğalanma vardır. (Tövbə surəsi, 35)

Onlar orada inildəyəcək və (heç nə) eşitməyəcəklər. (Ənbiya surəsi, 100)

Günahkarlara zəncirlər vurulur. (İbrahim surəsi, 49)

Qaynar su və irinli su içirilər. (Nəbə surəsi, 24-25; Ğaşiyə surəsi, 5; Vaqiə surəsi, 54-55; Yunus surəsi, 4; Sad surəsi, 57; İbrahim surəsi, 16-17)

Yeməyi zəqqum ağacıdır. (Duxan surəsi, 43-46; Saffat surəsi, 62-66; Vaqiə Surəsi, 52-53; Müzzəmmil surəsi, 13; Ğaşiyə surəsi, 6-7)

Cəhənnəmdəkilər qətranla geydirilmişlər. (İbrahim surəsi, 50)