ALLAH’I RAZI SALMAQ ÜÇÜN EDİLƏN SALEH ƏMƏLLƏR

Maraqlandıqları mövzular bir-birindən nə qədər fərqli olsa da, hər insan dünya həyatında özünə görə bir müvəffəqiyyət əldə etməyə çalışır. Bütün bu insanların ortaq məqsədi "gördükləri əməyin qarşılığını ala bilmək"dir. Özlərinə dünya həyatını qazanmağı məqsəd qoyub axirəti gözardı edənlər dünyadakı səylərinin nəticəsini əldə etməklə o uğurda yaşadıqları bütün çətinliklərə sinə gəlirlər.

Halbuki, bir işi və bundan alınacaq nəticəni dəyərli edən "Allah’ın o insandan razı olması"dır. Allah’ın razılığı güdülmədən edilən bir işdə göstərilən səy ya da əldə edilən müvəffəqiyyət, eyni dünya həyatı kimi fanidir. Dünyadakı hər şey kimi bir gün yox olacaq. Buna görə də Allah’ı inkar edənlərin dünya həyatındakı səyləri və etdiyi işlər bir "qığılcıma" bənzədilmişdir. Bu şəxslər axirətə getdiklərində o ana qədər əmək sərf edib, sevinc duyduqları bütün səylərinin boşa çıxdığını görəcəklər:

Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allah’ı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

Bir kimsə Allah’ın razılığını güdərək hərəkət etmədiyi təqdirdə dünyanın ən vacib işini görsə də, Allah Qatında bunun dəyəri olmaya bilər. Allah’ın rızasına  uyğun hərəkət etmədiyi təqdirdə bu insanın ətrafındakı hər kəs tərəfindən təqdir edilməsi və ya yaxşı işlər görən biri kimi tanınması, gördüklərinin boşa çıxmasına mane ola bilməz. Allah özlərini yaxşı işlər gördüyünü hesab edən belə insanların axirətdəki vəziyyətini Quranda bildirmişdir:

O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 104)

İnsanın ehtirasla arxasınca qaçdığı zövqlərin axirətdəki nemətlərin yanında nə qədər dəyərsiz olduğunu öldükdən sonra anlaması sonsuz peşmançılığa səbəb olar. Həyatı boyunca göstərdiyi bütün səylərin boşa getdiyini öyrənməsi, bu kədərini sonsuza qədər sürəcək hüsrana çevirəcək. Allah bu kəslərin axirətdəki vəziyyətlərini belə bildirmişdir:

Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar. (Hud surəsi, 16)

Şübhəsiz ki, heç bir insan bir ömür boyunca göstərdiyi səylərin boşa çıxmasını istəməz. Bunun həlli insanın keçici bir dünya üçün deyil, gerçək olan sonsuz axirət həyatı üçün səy göstərməsidir. Əgər insan hər işində Allah’ın razılığını qazanmağı hədəfləyər, bütün səylərini Rəbbimizin bəyəndiyi əxlaqı yaşaya bilmək üçün göstərərsə, etdiyi ən kiçik bir yaxşılığın belə əskiksiz olaraq qarşılığını almağı ümid edə bilər. Allah bir ayəsində hz. Loğmanın  oğluna verdiyi  öyüdü belə  bildirmişdir:

(Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır. (Loğman surəsi, 16)

İman sahibi olan insan dünya həyatında bütün etdiklərini, qarşılığını yalnız Allah’dan ümid edərək səmimi yerinə yetirər. Hər davranışında məqsədi yalnız Allah’ın razılığını qazana bilməkdir. Rəbbimiz bu ixlaslı rəftarlarına qarşılıq olaraq möminlər üçün həm dünyada, həm də axirətdə etdiklərinin daha gözəli və çoxu olduğunu bildirmişdir:

(Qullarıma Mənim bu Sözümü) de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allah’ın (yaratdığı) yer üzü genişdir. Yalnız səbr edənlərə mükafatları hesabsız veriləcəkdir”.  (Zumər surəsi, 10)

Bir başqa ayədə də Rəbbimiz belə buyurur:

İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə (Allah) onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün (istədiyi qədər) artıracaqdır. (Allah’a ibadət etməyi) özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, (Allah) onları üzücü bir əzaba düçar edəcəkdir. Onlar Allah’dan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar.  (Nisa surəsi, 173)

ALLAH RİZASI ÜÇÜN ŞÖVQ VƏ HƏYƏCAN

İnananların Allah’a tam təslim olmaları və hər nə çətinliklə qarşılaşırlarsa qarşılaşsınlar, ümidsizliyə düşmədən "Allah bizə yetər" (Ali-İmran surəsi, 173) deyə biləcək qədər üstün bir ruha sahib ola bilmələrini üçün çox vacib xüsusiyyətləri var: Allah’ın razılığını qazanma şövqü...

İmanın möminlərə qazandırdığı bu şövq insanın həyatını hər an ən gözəl, ən hüzurlu şəkildə yaşamasını təmin edir. Allah’a olan dərin bağlılıqdan qaynaqlanan bu həyəcan və Allah’ın razılığını qazanma istəyi inananlara böyük mənəvi güc verir. Möminlər bu səbəbdən hər çətinliyə ən gözəl şəkildə səbir edə bilər və hansı şərait olursa olsun, Allah’ın razılığını qazanma əzmindən geri çəkilməzlər.

Allah bir ayəsində bu şəkildə buyurur:

"Möminlər ancaq Allah’a və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır. " (Hucurat surəsi, 15)

Allah Quranda möminləri, "iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir!" deyə tanıtmışdır. Möminlərin bu xüsusiyyəti qəlblərində yaşadıqları imani şövqü çox açıq şəkildə izah edilmişdir. Möminlər bu şövqü həyatları boyunca heç bir şübhə duymadan həmişə davam etdirirlər. Bu şövqün ən vacib qaynağı Allah’a olan sevgiləri, Allah qorxusunu davamlı olaraq yaşamaları, Allah’ın rəhmətini və cənnətini davamlı olaraq ümid etmələridir. Qorxu və ümidi daimi olaraq qəlblərində yaşadıqları üçün heç bir zaman göstərdikləri səyin kifayət etdiyini düşünməz, özlərini yalnış və əskikliklərdən uzaq görməzlər. Allah’a qovuşmaq üçün göstərdikləri şövq, məhz buna görə davamlı olaraq artar və Allah’ın əzabından daha şiddətlə çəkinmələrini təmin edər. Allah’ın möminlərə cənnət vədini davamlı olaraq xatırlayarlar:

"Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır." (Əhzap surəsi, 47)

Allah rizası üçün olan şövq insana dünyada və axirətdə xoşbəxtliyi, hüzuru və nemətlərin ən gözəlini qazandıracaq vasitələrdən biridir. Allah’ı məmnun etmək üçün səy göstərənlər axirətdə ən gözəl qarşılığı alacaqlarının ümid və sevinci ilə hərəkət edərlər. Bu həyəcan onlara dünyada bitməyən güc və rahatlıq verir. Allah’a duyduqları güvənlə daha da şövqləri artan möminlər hər gözəlliyi nemət olaraq qarşılayan, hər çətinliliyi asanlıqla aşan, Allah’dan başqa heç bir gücdən qorxmayan ən etibarlı insanlardır.

ALLAH RİZASI ÜÇÜN BAĞIŞLAMAQ

 "Onlar... qəzəblərini boğur və insanları bağışlayırlar... " (Ali-İmran Surəsi, 134)

İnsan səhv etməyə meyilli varlıqdır. Bəzən bilmədiyindən, bəzən unudub yanıldığından, bəzən də nəfsinin ya da şeytanın təlqinlərinə aldandığından səhv edə bilər. Ancaq insanın bu dünyadakı məqsədi də elə Rəbbimizin özü üçün yaratdığı ömür boyunca bu və bənzəri hadisələrlə sınanması, Quran əxlaqını öyrəndikcə yetkinləşib, içərisində olduğu səhvlərdən xilas olması və Rəbbimizin razı olacağı üstün bir əxlaqa çata bilməsidir. Quranda bildirilən tövbə ilə əlaqədar ayələr də insanın bu acizliyinin bir göstəricisidir. Rəbbimiz cəhalət səbəbi ilə səhv edən, fərq etdiyində isə dərhal tövbə edib rəftarını düzəldən kəslərin səhvlərini bağışlayacağını Quranda belə bildirmişdir:

"Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir. " (Nisa surəsi, 17)

İnsan ağlını və vicdanını ən gözəl tərzdə istifadə edib bütün səmimiyyəti ilə hərəkət edirsə və buna baxmayaraq yalnış davranırsa, Allah’ın özünü bağışlamasını ümid edə bilər. Allah bir çox ayədə "Əfv edici" və "Bağışlayan" olduğunu xəbər vermişdir. Bir ayədə belə bildirilmişdir:

"Qullarıma xəbər ver ki, Mən, Bağışlayanam, Rəhmliyəm. " (Hicr surəsi, 49)

Rəbbimiz möminlərin də bir-birlərinə qarşı eyni şəkildə bağışlayıcı olmalarını tövsiyyə etmişdir:

"Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.  " (Əraf surəsi, 199)

Bu əxlaqı yaşayan möminlər bir-birlərinə qarşı Allah’ın əmr etdiyi şəkildə bağışlayıcı olurlar. Əlbəttə ki, bu üstün vicdan anlayışına sahib olduqlarının bir əlamətidir. Çünki hər hansı bir səhv edildiyində, xüsusilə də bu səhvə görə maddi ya da mənəvi zərər meydana gəldikdə bağışlayıcı olmaq insanların nəfslərinə çox ağır gəlir. Qəzəblənərək hirslərini soyutmaq və qarşı tərəfdən intiqam almaq istəyirlər. Halbuki, möminlər ayədə də bildirildiyi kimi, "... qəzəblərini boğur və insanları bağışlayırlar..." (Ali-İmran surəsi, 134)


İnananlar bu ayələrin əmrinə uyğun olaraq nəfslərinə tabe olmur və Quranın tövsiyəsinə əməl edərək bağışlama yolunu seçirlər. Bir səhvə yol verən insana görəcəkləri yaxşılığın, "gözəl sözlə öyüd vermək" və bu şəkildə içərisində olduğu vəziyyətdən çıxarmaq olduğunu bilirlər. Çünki bir ayədə, "Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir." (Zəriyat surəsi, 55) şəklində bildirilmişdir.

Bir başqa ayədə də Allah, "... Qoy əfv edib bağışlasınlar. Məgər siz Allah’ın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir." (Nur surəsi, 22) şəklində buyurur. Mömin bir səhv etdiyi və bundan səmimi olaraq imtina etdiyi zaman bunun həm Allah Qatında bağışlanmasını qəlbən arzu edər, həm də Müsəlmanların onu bağışlayıb güvənmələrini istəyir. Bağışlayıcı bir rəftarla qarşılaşdığı zamanda bunun Allah’ın böyük bir neməti olduğunu fərq edir. Özləri üçün tələb etdikləri bu bağışlanmağı qarşılarındakı insanlara da göstərirlər. Şübhəsiz ki, bu eyni zaman da Rəbbimizin rizasını və razılığını qazanmaq üçün da ən uyğun olan rəftardır:

"... əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir." (Təğabun surəsi, 14)

Unudulmamalıdır ki, Rəbbimiz sonsuz mərhəmət sahibidir və tövbə edib Özündən bağışlanma istəyən hər qulunun günahlarını bağışlayandır. Ancaq, bir insanın "necə olsa Allah bağışlayar" deyərək bilə-bilə günah etməsi səmimi bir davranış deyil. Belə bir əxlaqda israr göstərən kimsənin qəlbi getdikcə qatılaşıb laqeydləşə bilər. Allah qorxusu ilə hərəkət etməmək bu insanı daha çox pisliyin içinə də çəkə  bilər.

Eyni vəziyyət möminlərin bir-birlərinə qarşı bağışlayıcı olmalarına da aiddir. “Onsuzda möminlər bağışlayıcıdır” deyərək insanın əslində gücü yetəcəyi bir mövzuda bilərək yanlış davranması da Quran əxlaqına uyğun davranış olmaz. Dünya həyatında insanların bir insanı bağışlaması, onun etdiyi hərəkətdən məsuliyyət daşımayacağı və axirətdə buna görə Rəbbimizin hüzurunda hesab verməyəcəyi mənasına gəlməz. Əgər səmimidirsə, əlbəttə ki, Rəbbimiz onu bağışlayar. Ancaq əksini etsə böyük məsuliyyət altına girə bilər. Buna görə də bu gözəl əxlaqı yaşayaraq bir-birlərinə qarşı əfv edici və bağışlayıcı olarkən möminlərin məhz Rəbbimizin razılığını və rizasını qazanıb qazanmadıqlarını özlərinə ölçü götürmələri və səhvlərini axirətə görə düzəltməyə səy göstərmələri lazımdır.

ALLAH RİZASI ÜÇÜN FƏDAKARLIQ ETMƏK

Quran əxlaqının hakim olduğu bir cəmiyyətin ən vacib xüsusiyyətlərindən biri fədakarlıqdır. Bu cəmiyyətdə ən böyük dəyər Allah’ın razılığıdır və Allah’ın razılığını qazanmağın yolu olan infaq və fədakarlıq tez-tez həyata keçirilir. Cəmiyyətin üzvləri öz şəxsi mənfəətlərini deyil, mömin cəmiyyətinin ümumi mənfəətlərini düşünür və ona görə davranırlar. Öz mənfəətləri ilə bir başqa möminin mənfəəti zidd olduğunda isə Allah’ın razılığını qazanmaq üçün qarşı tərəfin mənfəətinə uyğun davranırlar.

Bunun əksində isə Quran əxlaqının yaşanmadığı bir mühitdə şəxsi mənfəətlərə əsaslanan bir cəmiyyət modeli hakimdir. Bu səhv anlayışın hakim olduğu cəmiyyətdə böyüyən bir insan da, uşaqlığından etibarən mənfəətçi və eqoist xarakterə sahib olması üçün təşviq edilir. Ailəsindən, yoldaşlarından, cəmiyyətdən  gördüyü nümunəvi insan modeli mənfəətçi, fürsətçi, hər mühitdə öz şəxsi mənfəətlərini ön plana çəkən insan modelidir. Bu təlqinlərlə cahiliyyənin vacib bir qaydasını, yəni "gəmisini xilas edən kapitan" olmağı öyrənir.

NÜMAYİŞ ÜÇÜN FƏDAKARLIQ ETMƏKDƏN ÇƏKİNMƏK

Bu davranış şəkli Quran əxlaqını yaşamayan cəmiyyətlərdə adi qarşılanır. Çünki bu, cəmiyyətin ümumi əxlaq modeli halına gəlmişdir. Hər kəs öz imkanları daxilində özündən bir addım geridə olanı sonuna qədər istismar etməyə səy göstərir. Bu cür fürsətləri qaçırmaq isə ağılsızlıq olaraq qiymətləndirilir. "Dünyaya bir dəfə gəlirlər" fəlsəfəsinə əsaslanan bu zehniyyət insanlarda Allah qorxusunun olmamasından qaynaqlanır. Bu anlayışın “diribaşlıq” olaraq adlandırıldığı və daha çox dünya neməti əldə etməyi hədəflənildiyi mənfəət yarışı insana üstün və hörmətli bir xarakter yerinə, sadə və etibarsız xarakter qazandırır.

Bütün bunlarla yanaşı, adamlıq dininə mənsub olan bəzi insanların da bəzən fədakarlıq etdiklərinə, kasıblara, ehtiyac sahiblərinə kömək etdiklərinə rast gəlmək mümkündür. Ancaq burada vacib bir məqam var: Adamlıq dininin "fədakar" mənsubları etdikləri yaxşılıqları möminlər kimi Allah rizası üçün deyil, ümumiyyətlə insanlara nümayiş olsun deyə edirlər. Göylərdə və yerdə olan mülkün tək sahibi Allah, bir ayədə bu kimi insanların vəziyyətini belə bildirmişdir:

"Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allah’a və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz." (Bəqərə surəsi, 264)

Bu cür insanlar kasıblara ya da kimsəsiz uşaqlara kömək məqsədi ilə yardım edər, etdiklərinin bilinməsi üçün də mediada göstərilməsinə çalışarlar. Çünki yüz minlərlə insan bu "xeyriyyəçiliyə" şahid olur. Verdikləri pulun qarşılığında cəmiyyətdə yaxşı bir imic qazanmış olurlar. Bu həm qürurlarını oxşayır, həm də daha qazanclı sərmayə qoymaları üçün demək olar ki, ilk sərmayə olur.

Rəbbimiz adamlıq dininə mənsub həmin xəsis xarakterə sahib olan bağ sahiblərindən belə xəbər verir:

"Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi, onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər və heç bir istisna da etməmişdilər." (Qələm surəsi, 17-18)

"Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar: “Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!” Onlar (bağa) yollandılar, (yol boyu da) bir-birlərinə (belə) pıçıldayırdılar: “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”  (Qələm surəsi, 21-24)

Ayələrdə təsvir edilən bağ sahibləri kasıblarla qarşılaşmadan işlərinə getməyə çalışırlar. Çünki kasıblara kömək etmək istəmirlər, çünki bir kasıbla qarşılaşanda ona pul vermək məcburiyyətində qalacaqlar.

İMAN GƏTİRƏNLƏR HƏR ZAMAN FƏDAKARDIRLAR

Möminin şəxsiyyəti və əsaləti isə yalnız Allah’ın razılığını axtarmasından və dünyada bir yaxşılıq və xeyr yarışı içində olmasından qaynaqlanır. Allah’ı razı salmaq üçün insanların mal və mülk əldə etmək  üçün göstərdikləri səylər deyil, gördükləri işlərdə Onun razılığını nə qədər güddükləri vacibdir. Allah Qatında məqbul olan İslamın, möminlərin mənfəətlərini qoruma, möminlərin rifahını artırma, Allah’ın razılığının hər zaman ən çoxunu axtarmaqdan əl çəkməmə, nəfsinin, istək və həvəsinin pis arzularına qapılmama, şeytanın və nəfsinin hiylə və vəsvəsələrinə aldanmama, imanını və ağlını get-gedə daha çox artırma, əxlaqını daha çox gözəlləşdirmə yolunda göstərilən qərarlılıqdır. Bu şəkildə Allah’ın razılığının ən çoxunu axtaran möminlərin də əsalətli və şəxsiyyətli xarakterləri görünüşlərinə əks olunur.

Hər şeydən xəbərdar olan Rəbbimiz Quranda bu vəziyyəti belə təsvir edir:

"Muhəmməd Allah’ın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allah’dan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. " (Fəth surəsi, 29)

ALLAH RİZASI ÜÇÜN DANIŞMAQ

Müsəlman bütün həyatını Allah’ın razılığını qazanmaq üçün səy göstərərək keçirir. Bütün hərəkətləri, verdiyi qərarlar, rəftarları, əxlaqı Allah’ın razı olacağı şəkildədir. Eyni şey danışıqları, söhbəti və istifadə etdiyi üslub üçün də etibarlıdır. Müsəlman Allah rizası üçün qarşıdakı insana fayda verəcəksə, danışır. Söhbətlərdə özünü ön plana çıxarma, bildiklərini vurğulama kimi iddiası yoxdur. Lazım olduğu zaman heç danışmaz, yalnız dinləyər. Lazım olduğu zaman isə bir neçə cümləylə qənaətini bildirir və qarşısındakı insanın təfəkkürlərindən istifadə etməyi seçər.

Ancaq "Ən yaxşı mən bilirəm, buna görə ən çox mən danışmalıyam" məntiqi ilə hərəkət edən şəxslərə çox tez-tez rast gəlinir. Bu insanların ətraflarındakı insanları dinləmək, onların fikirlərindən istifadə etmək kimi düşüncələri yoxdur. Danışmağı bir nəfərlik konfransa çevirməyin üstünlük, müvəffəqiyyət olduğunu zənn edir və bu vəziyyətin qarşılarındakı insanlarda necə narahatlıq meydana gətirə biləcəyini heç düşünmürlər. Başqa insanların bəzi mövzuları özlərindən daha yaxşı biləcəyinə, ya da daha hikmətli bir şəkildə ifadə edə biləcəyinə ehtimal verməzlər. Bu, bütün Müsəlmanların şiddətlə çəkinməli olduqları yalnış davranış şəklidir. Rəbbimiz bir ayəsində belə buyurmuşdur:

"...Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır." (Yusuf surəsi, 76)