İNSANLARIN RAZILIĞINI AXTARMAQ QƏFLƏTİ

Din əxlaqına görə deyil, öz qoyduqları bəzi qaydalara görə yaşayan insanların xoşbəxt yaşamaları niyə mümkün deyil? 

Yalnız insanların razılığını güdən bu insanlar, bədbəxtlik və narahatlıqlarının əsl qaynağının "Allah’ın razılığını və rizasını axtarmamaları" olduğunu nə üçün qavraya bilmirlər? 

İnsanların razılığını güdmələrinə və bunun üçün ciddi əmək sərf etmələrinə baxmayaraq, digər insanları niyə əsla məmnun edə bilmirlər?

İnsan mərhəmətə, şəfqətə, sevgiyə, gözəl davranışa, anlayışa və köməyə möhtac yaradılmışdır. Bu istədiklərini də yalnız Allah’ın Zatında və Onun təcəllilərində tapa bilər. İstəklərini və ehtiyaclarını tək başına yerinə yetirə biləcək olan yalnız uca Allah’dır. Ancaq bəzi insanlar Allah’ın rəhmətini özlərinə çatdırmaq üçün səbəb etdiyi insanları, Allah’dan müstəqil varlıqlar olaraq qiymətləndirib, istədiklərinə sahib ola bilmək üçün onlara yönəlir və böyük bir yanılmaya düşərək onların rizasını axtarırlar. Bəs, bu insanları axirətdə böyük hüsrana düşürəcək yanılmanın dünyadakı qarşılığı nədir?

İNSANLARIN RİZASINI QAZANMAĞI HƏDƏFLƏYƏNLƏRİN YAŞADIQLARI MƏNƏVİ ƏZAB

Özü kimi aciz bir varlıq olan digər insanların razılığını axtaran bir insanın bu yanılmasının ən böyük səbəblərindən biri ehtiyac duyduğu və istədiyi maddi-mənəvi hər şeyin qarşılığını digər insanlarda tapacağını zənn etməsidir. Ancaq bu məntiq insanın böyük sıxıntılar yaşamasına səbəb olur. Çünki;

    İnsanın ehtiyacları və istəkləri davam etdiyi müddətcə rizasını qazanmalı olan insanların sayı artacaq.

    Məktəbdə, işdə, evdə, yoldaşları arasında, qısaca, olduğu hər mühitdə, çox vaxt din əxlaqına uyğun olmayan, şəfqət, ədalət və səmimiyyətdən uzaq bəzi qaydalara görə davranması və ya çoxluğa uyğunlaşması lazım olacaq. Buna görə də bu düşüncədəki bir insanın bütün ömrü, digər insanların razılığını itirməmək üçün çoxluğa uymağa çalışaraq çətinlik içində keçəcək.

    Bu insan dostluqlarını və yoldaşlıqlarını davam etdirə bilmək üçün onların özündən razı olacaqları "dedi-qodu etmək", "sevməsə də sevirmiş kimi görünmək", "gerçəkləri əks etdirməyən təriflər demək”  kimi səhv davranışları mənimsəmək məcburiyyətində qalacaq.

    Şəxsiyyətindən, ümidlərindən əl çəksə belə bunu edəcək. Nəticədə bu davranışları etdiyi və davamlı olaraq özünü fərqli göstərməyə çalışdığı üçün ruhən və fiziki cəhətdən özünü məhv edəcək.

Bu yanılmalara bağlanan insan bütün gününü, hətta bütün həyatını da bu şəkildə keçirsə belə nə özünü, nə də digər insanları xoşbəxt və razı salması mümkün deyil. Çünki insanların ümidləri sərhədsiz, arzuları sonsuzdur. Özündən kömək istədiyi insan isə çox aciz və köməyə möhtac haldadır. Digərlərinin istəklərini təmin etməyə Allah’ın istəyi xaricində gücü çata bilməz, bu səbəbdən də eyni anda bir çox insanı razı sala bilməz.

ALLAH’IN RAZILIĞINI GÜDMƏYƏNLƏRİN DÜNYADAKI VƏZİYYƏTİ

Zaman keçdikcə insanlar razılığını axtardıqları kəslərin buna layiq olmadığını və ümid etdiklərinə  bu şəkildə çata bilməyəcəklərini anlayırlar. Quran əxlaqına uyğun yaşamayan cəmiyyətlərdə tez-tez  eşidilən "Səni heç cür xoşbəxt edə bilmirəm.", "Gəncliyimi sizə həsr etdim.", "Amma dəyməzmiş!", "Mənim qiymətimi bilmirsiniz!", "Əməyimin qarşılığı bu olacaqdı?" ifadələri bunun açıq-aydın göstəricisidir.

Cəmiyyətlərdə baş verən qarışıqlıqların, davaların, cinayətlərin, döyüşlərin səbəbi də əslində bu səhv məntiqdir. Çünki bu anlayışa sahib insanlar davamlı olaraq istədiklərinin edilməsini və razı salınmağı gözləyirlər. Ancaq bu arzuları reallaşmadığı zaman ortaya bədbəxtlik və narahatlıqla dolu kin, hirs, şiddət və gözyaşının hakim olduğu cəmiyyətlər meydana gəlir.

İNSAN, FİTRƏTİNƏ ƏN UYĞUN OLAN HƏYAT TƏRZİNİ ALLAH’IN RAZILIĞINI GÜDƏRƏK TAPAR

İnsanın yaradılışını, ehtiyaclarını və fitrətinə ən uyğun olanı bilən yalnız Yaradıcımız olan Allah’dır. Uca Allah’ın əmrlərinin hər biri insanın fitrətinə ən uyğun həyatı yaşamasına, ömür boyu xoşbəxt və hüzur içində olması üçün bir vasitədir. Mənəvi hüzurundan sağlamlığına, maddi vəziyyətindən təmizliyinə qədər hər mövzu; qorxu və narahatlıqlarının həlli, ən gözəl rəftar və davranış nümunələri Quranda ən incə detalına qədər insanlara bildirilmişdir. Quranda hikmətli izahlarla insana xəbər verilən bu məlumatları bilmək və bunlara əməl etmək, insana gözəl bir həyat tərzi ilə yanaşı, Yaradıcımız olan Allah’ın razılığını da qazandırır. Buna görə də Rəbbimizin rizasını axtaran insan, əslində özü üçün də ən gözəl və yaradılışına ən uyğun həyat tərzini tapmış olar. Yalnız Allah’ın razılığını axtarmağın verdiyi hüzur isə insanın ruh halına və davranışlarına dərhal əks olunar.

ALLAH’IN RAZILIĞINI GÜDMƏK HƏR İŞİ ASANLAŞDIRIR

Allah rizasını güdmək, ancaq Quran əxlaqına uyğun bir həyat yaşamaqla mümkündür. Quran insanın yaradılışına ən uyğun həyat tərzini ehtiva edən bir rəhbərdir. Bu da istifadə kitabına görə bir elektron aləti qurmağa çalışmaq kimi, hətta bununla müqayisə edilməyəcək şəkildə insanın həyatını asanlaşdırır. Necə ki, bir cihazın hər parçasını istifadə etmək, təlimat kitabındakı yerinə baxaraq yerləşdirmək və işlətmək işi sürətləndirir və nəticəyə asan şəkildə çatdırırsa, dünya həyatı da Quranda bildirilən hökmlərə görə yaşandığında çox şərəfli, zövqlü, hüzur və sevinc dolu olur. Bu, axirətdə də insanın Rəbbimizin sonsuz rəhmətinə qovuşmasına səbəb olar. 

Quran əxlaqına görə yaşadığı müddət boyu insan hər yeni günə, qarşısına çıxacaq hadisələrin Quranda bildirilən qarşılıqlarını tapmağın, ayələrin təcəllilərini görməyin və özündən istənilən davranışı yerinə yetirmək həyəcanının və Allah Qatında görəcəyi qarşılığın sevinci ilə başlayacaq. Bu səbəbdən zahirən nə qədər eyni görünsə də heç bir gün digəri ilə eyni olmayacaq, insan hər an öz inkişafı üçün dua edib, cənnətə hazırlandığının şüuru ilə şövq və həyəcan içində yeni günləri qarşılayacaq.

ALLAH RAZI OLARSA HƏR KƏS RAZI OLAR

Allah bütün insanların Yaradıcısı və Hakimidir. Bütün qəlblər Müqəllib (qəlbləri çevirən) olan Allah’ın əlindədir. Bu səbəbdən bütün insanları razı salmaq üçün yalnız Allah’ın razılığını qazanmaq kifayətdir. Çünki insanları razı salacaq hər şeyə gücü çatan Allah’dır. Belə ki, səmimi bir qəlblə Allah’a yönələn hər qul üçün Allah’ın razılığı hər şeydən daha vacibdir. 

Həyatının hər anı ilə bütün Müsəlmanlara gözəl nümunə olan Bediüzzaman Səid Nursi "... Riza-yi İlahi kafidir (Allah’ın rizası kafidir). Əgər O yar (dost) isə, hər şey yardır (dostdur). Əgər O yar deyilsə, bütün dünya alqışlasa belə heç nəyə dəyməz..." (Risaləyi Nur Külliyyatı, 21-ci Lema, s. 668) deyərək Allah’a olan bağlılığını, sevgisini və Allah’ın razılığını qazanmağın möminlər üçün əhəmiyyətini ifadə etmişdir. 

Səmimi bir qəlblə Allah’a yönələn möminlər, digər insanların razılığını axtarmadıqları kimi öz nəfslərini razı salma həvəsində də olmazlar. Allah’ın şəfqətinə tabe olan möminlərin bu üstün əxlaqı bir Quran ayəsində belə xəbər verilir: 

"İnsanların eləsi də var ki, Allah’ın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir." (Bəqərə surəsi, 207)