MÖMİNLƏRİN FƏRQİ: ALLAH RİZASI ÜÇÜN YAŞAMAQ

Müsəlmanlarla digər insanlar arasındakı fərq nədən ibarətdir? Bu suala Müsəlman olmayan insanlar fərqli cavablar verə bilərlər. Onlar Müsəlmanlarla aralarında yalnız mədəni və əxlaqi bəzi fərqlərin olduqlarını deyə bilərlər. Müsəlmanların “dünyagörüşü”nün fərqli olduğunu, onların bəzi dəyərlərə inandıqlarını, özlərinin isə bu dəyərləri qəbul etmədiklərini irəli sürə bilərlər. Müsəlmanların özlərindən “ideoloji fərqlər”ə sahib olduqlarını söyləyə bilərlər.

Əslində bu dedikləri, sadəcə təməl bir fərqin nəticəsi olaraq meydana gəlmiş və yalnız “gözlə görünən” xüsusiyyətləri daşıyan bəzi fərqlərdir. Həqiqətdə isə onlar Müsəlmanlarla aralarındakı fərqin tamamilə başqa bir şəkildə olduğunu anlamırlar. (bu fərqi dərk etmədikləri üçün Müsəlman deyillər)

Müsəlman Allah’ın dininə qəlbən bağlı olanlara verilən addır. Quranda bəhs edilən Müsəlmanları digər insanlardan fərqləndirən əsas cəhət, bu insanların Allah’ın sonsuz qüdrətini dərk etmələridir. Quranda bu həqiqət belə bildirilir:

“De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (belə olduğu halda) (Allah’dan) qorxmursunuz? O sizin Haqq Rəbbiniz olan Allah’dır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də (haqdan) döndərilirsiniz! (Yunus surəsi, 31-32)

Allah’ın böyüklüyünü qavramaq  Ona yalnız sözdə təsdiqləməkdən ibarət deyil. Müsəlmanlar Allah’ın varlığını və böyüklüyünü dərk edən, Ondan “qorxub çəkinən” və həyatlarını fərqində olduqları bu böyük həqiqətə görə yaşayan insanlardır. Digərləri isə ya Allah’ı inkar edənlərdir, ya da Allah’ın varlığını yuxarıdakı ayədə bəhs edilən kimi təsdiq edib, lakin “qorxub çəkinməyənlər”dir.

Belə xüsusiyyətə sahib insanlar onları yaradan Allah’ı dərk etmədən yaşayırlar. Bunlar həyatlarının kim tərəfindən, necə və niyə başladıldığını düşünmək belə istəmirlər. Öz zehnlərində Allah’a və Onun dinində yeri olmayan fərqli həyat qurmağa çalışırlar. Quranda isə belə bir həyatın boş və çürük olduğunu, hətta məhv olmağa məhkum olduğunu bir bənzətmə ilə izah edilir:

“Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.” (Tövbə surəsi, 109)

Ayədə də bildirildiyi kimi, Quranda açıq-aydın təsvir olunan bir imana sahib olmayan insanların həyatdakı tək məqsədləri “bu dünyada” xoşbəxtliyi və rahatlığı əldə etməkdir. Bu insanların çoxu qarşılarına “varlanmaq” kimi bir məqsəd qoya bilərlər. Bu məqsədlərinə nail olmaq üçün əllərindən gələni edəcək, bütün fiziki və zehni güclərini zəngin olmaq üçün sərf edəcəklər. Digər bir qrup isə həyatını “hörmətli və məhşur olmaq” üçün yaşayır. Bunu əldə etmək üçün də əlindən gələni əsirgəmir. Məsələn, məhşur bir yazıçı olub “hörmətli” bir insana çevrilmək üçün əlindəki bütün imkanları istifadə edir, bütün fədakarlıqlara tab gətirirlər. Ancaq bunların hamısı ölümlə bərabər yox olacaq boş hədəflərdən başqa bir şey deyildir. Hətta bunların bir çoxu, hələ həyatda ikən də itirilə bilər.

ÖLÜM BİR BAŞLANĞICDIR

Ancaq mömin Allah’ın varlığını və gücünü dərk edir. Allah’ın onu niyə yaratdığını və ondan nələr istədiyini bilir. Beləliklə, digər insanlar üçün yox olmadan başqa bir şey olmayan, ölümün də sirrini anlayır: Ölüm bir son deyil, əsl həyata keçid mərhələsidir.  

Müsəlman olmayanlar isə həyatlarının təsadüf nəticəsində və öz-özünə yarandığını düşündükləri kimi həyatlarına son qoyan ölümün də “öz-özünə”yaranan bir “qəza” olduğunu düşünürlər. Halbuki, həyatı da, ölümü də yaradan Allah’dır. Bir təsadüf və ya qəza olmayan ölümü Allah xüsusi olaraq yaradır. Ölüm, zamanı və yeri əvvəlcədən təyin olunmuş bir hadisədir.

Beləliklə, mömin Allah’ın hər şeyə hakim olduğunu bilən və ölümün də bir son deyil, əsl həyata (axirətə) keçid mərhələsi olduğunu qavrayan bir insandır. Bu həqiqətləri fərq edərkən də əlbəttə digərləri kimi həyatlarını “yıxılmaqda olan bir uçurumun kənarında” qurmazlar. Həyatın, ölümün və ölüm sonrası axirət dünyasının əsl sahibinin kim olduğunu və kim tərəfindən yaradıldığını bildikləri üçün Allah’a üz tutarlar. Pulu, vəzifəni, şan-şöhrəti və fiziki gözəlliyi Allah’ın yaratdığını bilirlər. Bunlar ancaq Allah’ın qoyduğu qanunlar əsasında qısa müddətə mövcud olacaq “səbəb” lərdir.

Allah’ın yaratdığı bu sistemin açarı isə Allah rizasıdır. Çünki Allah sadəcə rizasına uyanları doğru yola yönəldəcək. Bu sirri xəbər verən ayədə belə buyurulur:

“Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.” (Maidə surəsi, 16)

Müsəlman Allah’ın rizasını axtardığı üçün Müsəlmandır. İman gətirən bir insanı digər insanlardan ayıran ən vacib fərq bundadır. Müsəlmanlar dini Allah’ın rizasini qazanmaq üçün bir yol olaraq görür və bunun üçün çalışırlar.