YALNIZ ALLAH’IN RİZASINI AXTARANLARIN ƏBƏDİ YURDU: CƏNNƏT

Allah’ın rizasına tabe olan insanlar dünyada gözəl həyatla yaşayarlar. Axirətdə isə bu həyat gözəlliklər və nemətlərlə sonsuza qədər davam edər. Buna görə də insan başqalarının razılığını qazanmaq və ya dünyanın keçici zövqlərinə sahib olmaq üçün səy göstərmək əvəzinə Allah’ın rizasını axtaranlara vəd etdiyi cənnət üçün çalışmalıdır. Ustad Səid Nursi bu mövzunu belə dəyərləndirmişdir:
 
"Ey sərsəri nəfsim! Görəsən bu vəzifə-i ubudiyyət (qulluq) nəticəsizdirmi, mükafatı azdırmı ki, səni bezdirir? Halbuki, bir insan sənə bir az pul versə və yaxud səni qorxutsa, axşama qədər səni işlədər və fütursuz (bezmədən) çalışarsan. Görəsən bu müsafirxane-i dünyada aciz və kasıb qəlbinə kut (qida) və qına (zənginlik) və əlbəttə bir mənzilin (enilən yer) olan qəbrində qida (zənginlik) və ziya (işıqlıq) və hərhalda məhkəmən olan Məhşərdə sənəd və şəhadətnamə və istəyəndən sonra üstündən keçiləcək Sirat Körpüsündə nur və Burak (minik) olacaq bir namaz nəticəsizdirmi və yaxud mükafatı azdırmı? Bir insan sənə yüz lirəlik bir hədiyyə vəd etsə, yüz gün səni işlədər. Hulf-ul vəd edə bilər (sözündən dönə bilər) o adama etimad edərsən, fütursuz( bezmədən) işləyərsən. Görəsən hulf-ul vaəd haqqında muhal (sözündən dönməsi qeyri-mümkün) olan bir Şəxs, cənnət kimi bir mükafatı və səadət-i əbədiyə kimi bir hədiyyəni sənə vəd etsə, çox az bir zamanda, çox gözəl bir vəzifədə səni məşğul etsə; sən xidmət etməsən və ya istəksiz, suhrə (istəksiz) kimi yarımçıq xidmətinlə onu vadində ittiham (günahlandırsan) və hədiyyəsinə istihfaf etsən (laqeyd yanaşsan), çox şiddətli bir tə'dibə (ədəbləndirmə) və dəhşətli bir tazibə (əzaba) düçar olacağını düşünmürsən? Dünyada həbsin qorxusundan ən ağır işlərdə fütursuz (bezginlik duymadan) xidmət etdiyin halda; Cəhənnəm kimi bir həbs-i əbədinin havfi (qorxusu), ən yüngül və lətif bir xidmət üçün sənə səy vermirmi?"


Allah’ın rizasını qazanmaqdan başqa edilən bütün işlərin, səylərin qazancı çox az və qeyri-kafidir. Heç kim bütün gücünü və sərvətini xərcləsə də, Allah’ın yaratdığı bu dünyada Allah’ın rizasını qazanmadan özünü həqiqətən məmnun edəcək bir nəticə əldə edə bilməz. İnsan istəkləri üçün sərf etdiyi əməyin nəticəsində əldə etdikləri ilə Allah’ın razılığı üçün çalışarkən əldə etdiklərini müqayisə etməli və insana tək fayda verəcək olan Allah’ın razılığını seçməlidir. Şübhəsiz ki, Allah’ın razılığının qarşılığı heç bir dünyəvi qarşılıqla müqayisə edilə bilməz. Çünki bu qarşılıq, qısa müddətli dünyada gözəl və hüzurlu bir həyatın yanında sonsuza qədər davam edəcək mərasim kimi təsvir edilməsi mümkün olmayan bənzərsiz bir həyatdır.

CƏNNƏTDƏKİ SONSUZ NEMƏTLƏR

İnsanın zövq aldığı və istədiyi hər şey və daha çoxu vardır. (Qaf surəsi, 35; Zuxruf surəsi, 71; Ənbiya surəsi, 102)

Böyük bir mülk vardır. (İnsan surəsi, 20)

Hər yanı nemətlərlə əhatə edilmişdir. (Saffat surəsi, 43; İnsan surəsi, 20)

Orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. (Duxan surəsi, 56)

Onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)

Yorğunluq və ya bezginlik duyulmaz. (Fatir surəsi, 35)

Əbədi xoşbəxtlik vardır. (Yasin surəsi, 55)

Rəhmət və gözəl ruzi vardır. (Vaqiə surəsi, 89)

Genişliyi yerin və göyün genişliyi qədərdir. (Hədid surəsi, 21)

Xoşbəxt bir həyat vardır. (Həqqa surəsi, 21)

Kədər və qorxu yoxdur. (Bəqərə surəsi, 62; Ali-İmran surəsi, 170; Fatir surəsi, 34; Ə'raf surəsi, 35)

Orada onlara ehtiram göstəriləcək. (Saffat surəsi, 42)


Qüsursuz bir şəkildə yeni bir yaradılışla yaradılmış, bakirə, tərtəmiz, hamar bədənli, iri gözlü və baxışları yalnız ərlərinə çevirmiş hurilər vardır. (Bəqərə surəsi, 25; Saffat surəsi, 49; Zuxruf surəsi, 70; Saffat surəsi, 48; Duxan surəsi, 54; Vaqiə surəsi, 22-23, 36-37; Rəhman surəsi, 56, 58, 70, 72; Nəbə surəsi, 33; Vaqiə surəsi, 35)

Yüksək köşklər və gözəl məskənlər vardır. (Furqan surəsi, 10, 75; Ənkəbut surəsi, 58; Səff surəsi, 12)

Narahat edici isti və ya soyuq yoxdur. Davamlı kölgəlikləri vardır. (İnsan surəsi, 13; Rə'd surəsi, 35; Mürsəlat surəsi, 41; Nisa surəsi, 57)

İçindən çaylar axar. (Bəqərə surəsi, 25)

Süddən və baldan çaylar vardır. (Məhəmməd surəsi, 15)

Yüksəklərdə qurulmuş döşəklər, ləl-cəvahiratlarla işlənmiş taxtlar vardır. (Vaqiə surəsi, 15, 34; Ğaşiyə surəsi, 13; Saffat surəsi, 44)

Yaşıl balışlar, gözəl naxışlı xalılar, heyrətamiz gözəllikdə döşəklər vardır. (Ğaşiyə surəsi, 15-16; Rəhman surəsi, 76, Vaqiə surəsi, 30)

Bitib tükənməyən, hesabsız bir ruzi vardır. (Sad surəsi, 54; Muminun surəsi, 40)

İçindəki nemətlər əksilməz. (İnsan surəsi, 13; Vaqiə surəsi, 33)

Rahatlıqla əldə edilən növbənöv  meyvələr vardır. (Vaqiə surəsi, 28, 29, 32; Nəbə surəsi, 32; Həqqa surəsi, 23; Rəhman surəsi, 68; İnsan surəsi, 14)

Tərtəmiz su qaynaqları vardır. (Mutaffifun surəsi, 28; Ğaşiyə surəsi, 12; Rəhman surəsi, 50; İnsan surəsi, 6,18)

Növbənöv incəliklər və gözəlliklər vardır. (Rəhman surəsi, 48)

Atlasdan hazırlanmış yastıqlar vardır. (Rəhman surəsi, 54)

Tərtəmiz xidmətçilər vardır. (Tur surəsi, 24)

Onların ətrafında həmişə gənc olan (xidmətçi) cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. (İnsan surəsi, 19)

İçənlərə sərxoşluq verməyən dümağ, kafur qatılmış bir şərab vardır. (Mutaffifun surəsi, 25,26; İnsan surəsi, 5; Saffat surəsi, 46-47; Vaqiə surəsi, 19; Tur surəsi, 23)

İpəkdən və atlasdan paltarlar, qızıl, gümüş və incidən bilərziklər vardır. (İnsan surəsi, 21; Həcc surəsi, 23)

Yemək və içkilər qızıl və gümüşdən hazırlanmış qablarda və büllur qədəhlərdə verilər. (Zuxruf surəsi, 71; İnsan surəsi, 15-16)

İçindəki yeməklərin dadları dünyadakılara bənzəyir. (Bəqərə surəsi, 25)